Lyuis Hamilton marketinq aləmində ən cəlbedici idmançı seçildi

Sayta qoyulub: 09:04 20.05.2014 (235 dəfə oxunub)

«Mersedes»in pilotu Lyuis Hamilton  SportsPro jurnalının versiyasına görə sponsorlar üçün ən cəzbedici idmançı seçilib. Formula 1 mövsümünün hazırki lideri bu mübarizədə Kriştiano Ronaldo , Lionel Messi, Useyn Bolt və  MotoGP çempionu Mark Markesi qabaqlaya bilib.

Formula 1-in son çempionu Sebastyan Fettel siyahıda 27-ci yeri tutub. Maraqlıdır ki, Formula 1 aləmindən ilk 50-likdə Daniil Kvyat və Sauberin test pilotu Simona de Silvestro da yer alıb.

 

 

 

 

Lyuis Hamilton marketinq aləmində ən cəlbedici idmançı seçildi

XƏBƏR LENTİ