Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq veloturun üçüncü mərhələsinin qalibi bəlli oldu

Sayta qoyulub: 18:54 11.05.2012 (238 dəfə oxunub)

Bu gün Qəbələdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş beynəlxalq veloturun üçüncü mərhələsi başa çatıb. Qalib "Samara" (Rusiya) komandasının 20 yaşlı idmançısı Dmitri Vernidub olub.
İkinci yeri Əlcəzair velosipedçisi Yusif Rəqiqi, üçüncü yeri isə Ukrayna təmsilçisi Maksim Vasilyev tutub.
Veloturun ümumi hesabının yekunları üzrə isə Əlcəzair velosipedçisi Yusif Rəqiqi daha yaxşı nəticə göstərməklə artıq ikinci dəfədir liderliyini qoruyub saxlayır.
Azərbaycan idmançıları arasında üçüncü turun yekunları üzrə ən yaxşı velosipedçi Tural İsgəndərovdur.
Üçüncü tur çərçivəsində iştirakçılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 160 kilometrlik məsafəni qət ediblər.
Veloturun üçüncü mərhələsində 90 velosipedçi iştirak edib.

XƏBƏR LENTİ