Voleybolçularımız Yunanıstana qalib gəldi

Sayta qoyulub: 16:36 23.05.2014 (132 dəfə oxunub)

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avro-2015-in II təsnifat mərhələsində növbəti oyununa çıxıb. Faiq Qarayevin yetirmələri ikinci turda Yunanıstan yığmasını sınağa çəkiblər. İlk oyun günündə uduzan komandaların dueldə voleybolçularımız çətinliklə də olsa, 3 xalı aktivlərinə yazmağı bacarıblar. Bununla da onlar sabah ev sahibi Bolqarıstana qalib gələrək, I dövrəni lider kimi başa vurmaq şanslarını saxlayıblar.
Düzdür, görüş təmsilçimiz üçün yaxşı başlamayıb. Millimiz hətta hesabda 4 top geri düşüb və rəqib ilk texniki fasiləyə də öndə yollanıb – 8:7. Lakin ardınca öz oyununu tapan yığmamız hissəni 11 top irəlidə bitirib.
İkinci setdə komandamızın üstünlüyü ilə keçsə də, hissənin sonlarında rəqib fəallaşıb və önə keçib – 23:20. Amma bu, millimizi ruhdan salmayıb. Əzmkarlıq nümayiş etdirən voleybolçularımız 30:28 hesablı qələbəyə seviniblər.

Üçüncü hissədə təşəbbüs tamamilə yunanların tərəfinə keçib. Onlar setlərdən birinin əvəzini çıxsalar da, yığmamız düşdüyü çətin vəziyyətdən yaxa qurtarıb. Nəticədə dördüncü hissəni aktivinə yazan komandamız görüşü xal itirmədən yekunlaşdırıb.
 

Qrupumuzun digər qarşılaşmasında isə Portuqaliya Bolqarıstan millisi ilə qüvvəsini sınayacaq.  

 

D qrupu

II tur 

23 may

Azərbaycan – Yunanıstan - 3:1  (25:14; 30:28; 17:25; 25:21)

Hakimlər: Rudina Omari (Albaniya), Boyan Bardiç (Xorvatiya)

Sofiya, Xristo Botev Salonu

 

20:00. Portuqaliya - Bolqarıstan

Hakimlər: Ebru Kaya (Türkiyə), Aleksandr Pavlov (Rusiya)

Sofiya, Xristo Botev Salonu

 

Azərbaycan

2

1

1

5-4

205-192

4

Bolqarıstan

1

1

0

3-0

75-40

3

Portuqaliya

1

1

0

3-2

104-108

2

Yunanıstan

2

0

2

1-6

128-172

0

 

 

 

 

Qeyd edək ki, ilk turda millimiz gözlənilmədən Portuqaliyaya uduzub. 

XƏBƏR LENTİ