Karate üzrə beynəlxalq turnir keçiriləcək

Sayta qoyulub: 14:02 26.05.2014 (61 dəfə oxunub)

31 may tarixində Azərbaycan Milli Karate Federasiyası və Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda Uşaqların Beynəlxalq Müdafiə günü, həmçinin Uşaq Cinayətləri və Narkomaniyaya qarşı Uşaqlar, Gənclər və Yeniyetmələr arasında ilk beynəlxalq turnir keçiriləcək. “Sheki Olimpik Hotel & Resort” istirahət kompleksinin ərazisində yerləşən Şəki Olimpiya İdman Kompleksində yarışda müxtəlif regionları təmsil edən yerli idmançılardan başqa 6 ölkənin perspektivli karateçiləri iştirak edəcəklər.

Beynəlxalq turnirə Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Özbəkistandan 250-dək idmançının qatılacağı gözlənilir. Yarışın təntənəli açılış mərasimi saat 17:00-da keçiriləcək.

Uşaqlar 3 çəki dərəcəsində, yeniyetmə və gənclər isə 5 çəki dərəcəsində mübarizə aparacaqlar. Fərdi kumite yarışlarında 10-11 yaşlı uşaqlar -37kq,-45kq və +45kq çəki dərəcələrində, 12-13 yaşlılar -42kq, -50kq və +50kq çəkilərdə döyüşəcəklər. 14-15 yaşlı yeniyetmə oğlanlar -52kq, -57kq, -63kq, -70kq və +70 kq çəkilərdə, qızlar -47kq, -54kq və +54 kq çəkilərdə, 16-17 yaşlı gənclər -55kq, -61kq, -68kq, -76kq və +76kq çəkilərdə, qızlar isə -48kq, -53kq, -59kq və +59kq çəki dərəcələrində yarışacaqlar. 

XƏBƏR LENTİ