Makeda rəsmən “Kardiff”ə keçdi

Sayta qoyulub: 09:00 29.05.2014 (224 dəfə oxunub)

“Mançester Yunayted”in hücumçusu Federiko Makeda, azad agent kimi Ole Qunner Sulşerin rəhbərlik etdiyi “Kardiff Siti” ilə üç illik müqavilə bağlayıb.

Makeda yeni baş baş məşqçisi ilə əvvəllər də bir yerdə çalışıb. Belə ki, italiyalı futbolçu vaxtı ilə “Mançester Yunayted”in əvəzedici heyətində çıxış edəndə, baş məşqçi Sulşer idi.

“Bu mənim üçün yaxşı fürsətdi və Ole Qunner Sulşerə minnətdaram ki, bu komandanın oyunçusu oldum. Mən Oleni yaxşı tanıyıram. Ona görə də əminəm ki, o, Premyer Liqaya qayıtmağı çox istəyir. Son transferlər də bunu təsdiq edir”.

“Mən burdayam, çünki, mənim də hədəflərim eynidir və hiss edirəm ki, bu əla komandadır. Əgər, mövsüm uğurlu alınarsa və çox səylə çalışsaq, onda yuxarı diviziona qayıda bilərik”.

 

 

XƏBƏR LENTİ