Arda Turan: “Atletikoda ən çox söyüş söyən Gabidir”

Sayta qoyulub: 18:50 29.05.2014 (1257 dəfə oxunub)

Arda Turan: “Atletikoda ən çox söyüş söyən Gabidir”


Dünən “Atletiko Madrid” klubunun Prezidenti və futbolçuları ilə keçirilən mətbuat konfransında, Türkiyə milli komandasının lideri Arda Turan, Azərbaycan millisində baş vermiş söyüş qalmaqalı ilə bağlı öz fikirlərini bildirib. Arda futbol meydanlarında söyüşün normal olduğunu qeyd edib: “Məncə belə məslələri şişirtməyə ehtiyac yoxdur. Futbol daha çox kişilərin oynadığı bir idman növüdür və kişi kollektivində söyüş normal qarşılanmalıdır. Türkiyədə bu hallara tez – tez rast gəlirik. “Atletiko Madrid”də isə qeyri etik sözlərdən daha çox soyunub geyinmə otağında istifadə olunur”. Həmkarımızın “Atletiko”da daha çox söyüş söyən futbolçu kimdir sualını isə Arda belə cavablandırıb: “Atletikoda daha çox söyüş söyən Gabidir. Bu onun kapitan olmağından irəli də gələ bilər. Bəzi hallarda isə komandanı oyuna kökləməyin ən asand yollarından biri elə budur. Lakin onu da qeyd etməliyəm ki,  heç bir futboçunun, bir digər futbolçunun şəxsiyyətini təhqir etməyə haqqı yoxdur.”


XƏBƏR LENTİ