Azərbaycan voleybolçuları Portuqaliyanı məğlub etdi

Sayta qoyulub: 20:03 30.05.2014 (115 dəfə oxunub)

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının II təsnifat mərhələsinin V turunun qarşılaşmaları təşkil olunub. Bakıda keçirilən D qrupunun oyunlarında meydan öncə Bolqarıstan və Yunanıstan millilərinin ixtiyarına verilib. Bolqarlar ilk matçda olduğu kimi asan qələbə qazanıblar.

 Günün ikinci matçında isə Azərbaycan meydana çıxıb. Faiq Qarayevin yetirmələri birinci qarşılaşmadakı biabırçı məğlubiyyətin qisasını alıblar. İlk setdə uduzan komandamız sonradan özünə gəlib və dalbadal üç setdə qələbə qazanaraq, oyunu 3:1 hesabı ilə öz xeyrinə başa çatdıra bilib. 

 

D qrupu

V tur 

30 may

 

Bolqarıstan – Yunanıstan - 3:1  (25:9; 20:25; 25:21; 25:12)

Hakimlər: Aleksey Skibitski (Ukrayna), Aleksandr Pyasetski (Belarus)

Bakı, Voleybol Mərkəzi

İlk oyun: Bolqarıstan - Yunanıstan - 3:0  (25:13; 25:14; 25:13)

 

Portuqaliya - Azərbaycan - 1:3  (27:25; 23:25; 18:25; 14:25)

Hakimlər: Nurper Özbar (Türkiyə), Aleksandr Ryabtsov (Rusiya)

Bakı, Voleybol Mərkəzi

İlk oyun: Portuqaliya - Azərbaycan - 3:2  (25:23; 16:25; 23:25; 25:23; 15:12)

 

 

1

Bolqarıstan

5

4

1

14-4

420-314

13

2

Azərbaycan

5

4

1

14-7

481-431

11

3

Yunanıstan

5

1

4

5-13

348-418

3

4

Portuqaliya

5

1

4

5-14

368-454

2

 

Qeyd edək ki, qrup qalibləri birbaşa final mərhələsinə, ikinci yerin sahibləri isə pley-offa vəsiqə qazanacaqlar. 

XƏBƏR LENTİ