Azərbaycan millisinin bacarmadığını türklər edə bildi

Sayta qoyulub: 21:48 01.06.2014 (996 dəfə oxunub)

Voleybol üzrə Avropa çempionatının seçmə mmərhələsinin A qrupunda Türkiyə qadın voleybol komandası birbaşa turnirin finallarına vəsiqə əldə edib.

2015 Avropa Voleybol Konfederasiyası  2-ci tur seçmə mərhələsinin son oyununda türklər Belarusu 3-0 məğlub edərək yarışları 18 xalla tamamlayıb. Bununla da onlar gələn ilin sentyabrında Hollandiya və  Belçikada keçiriləcək Avropa çempionatında üştirak hüququ əldə ediblər.

Xatırladaq ki, milli komandamız turnirə vəsiqə əldə etmək üçün əlavə oyunlarda iştirak edəcək. 


Azərbaycan millisinin bacarmadığını türklər edə bildi

XƏBƏR LENTİ