Lebronun zədəsi ciddi çıxmadı

Sayta qoyulub: 10:00 07.06.2014 (164 dəfə oxunub)

Mayminin lideri Lebron Çeymsin zədəsi ciddi deyil. Basketbolçu San Antonio ilə (95:110) final seriyasının ilk oyununda xəsarət almışdı. Məlumatı  ESPN yayıb.

Oyun zamanı Lebronun sol bel əzələsinin qıcolması baş verib. Həkimlərin fikrincə buna səbəb arenada kondisioner sisteminin xarab olması və havanın isti olması olub. Qeyd edək ki, bəzi vaxtlarda arenada hava "+32" dərəcəyə çatıb.

Gözlənilənə görə Ceyms San Antonio ilə 9-da keçiriləcək 2-ci oyuna qədər tam hazır olacaq.

 

Lebronun zədəsi ciddi çıxmadı

XƏBƏR LENTİ