"Baku Fires" əlavə görüşdə məğlub oldu

Sayta qoyulub: 09:09 08.06.2014 (125 dəfə oxunub)

Ümumdünya Boks Seriyasında (WSB) Azərbaycanın “Baku Fires” və Kubanın “Cuba Domaderos” komandaları arasında final mərhələsinin ikinci görüşü baş tutub. Ilk qarşılaşmada olduğu kimi, həlledici dueldə də komandamız məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, bir gün öncə “Baku Fires” və “Cuba Domaderos” arasında keçirilmiş ilk görüşdə qonaq komanda 3:2 hesablı qələbəyə sevinmişdi.

52 kq. Elvin Məmişzadə – Xerardo Servantes - 3:0
60 kq. Albert Səlimov - Lazaro Salvares - 2:1
69 kq. Məhəmməd Nuruddinov - Roniell İqlesias Soqolonqo - 0:3
81 kq. Mixail Dolqolevets - Xulio Sezar de la Krus - 0:3
+91 kq. Arslanbek Mahmudov - Xose Larduet - 2:1

Əlavə döyüş

69 kq. Yevgeni Ramaşkeviç - Anisnoidis Despain - 0:3

XƏBƏR LENTİ