Arda Turan Barselonada

Sayta qoyulub: 09:10 08.06.2014 (7289 dəfə oxunub)

Atletico Madrid forması ilə super mövsüm keçirən Arda Turan Barselona ilə prinsipial razılığa gəlib.

Barcelona transfer üçün  41 milyon avro ödəməyə hazırdır. Futbolçunun menejeri  Ahmet Bulut da danışıqları təsdiqləyib.

Türk futbolunun qızıl oğlanı  Arda Turanın yeni mövsümdəki ünvanı  Barcelona olacaq.

Bir neçə gündür ki,  Atletico Madridin futbolçularının adları müxtəlif transfer şayiələrində hallanır. Onlar arasında ən çox maraq doğuranlarından biri də Arda idi. Futbolçu ilə  Manchester United, Monaco və Barcelonanın mübarizə apardığı məlum idi.

Milliyet qəzetinin məlumatına görə  Katalon klubu  Ahmet Bulutu Barcelonaya dəvət edib.  Atletico Madrid-Malaga ilə oynayarkən Ardanın menejeri Bulut, Barcelonada Katalon klubu rəhbərliyi ilə bazarlıq stolu arxasındaydı.

2017-ci ilə qədər Atletiko ilə müqaviləsi olan futbolçunun transferi üçün Barselona lazım olan 41 milyonu ödəməyə hazırdır. Lakin Arda bu transferə israr etməyəcək və klubların razılığının baş tutmasını gözləyəcək.

 

Arda Turan Barselonada

XƏBƏR LENTİ