Kənan Novruzov atçılığın konkur növü üzrə Beynəlxalq Turnirin qalibi olub

Sayta qoyulub: 13:33 09.06.2014 (47 dəfə oxunub)

Kənan Novruzov atçılığın konkur növü üzrə Beynəlxalq Turnirin qalibi olub


Gürcüstanın paytaxtı Tiflis şəhərində Atçılığın konkur növü üzrə “CSİ - 1*” kateqoriyalı Beynləxalq turnirə yekun vurulub. 5-8 İyun aralığında keçirilən yarışda həmyerlimiz Kənan Novruzov da iştrak edib. 6 ölkədən olan idmançılarla mübarizə aparan Kənan “Concorde 57” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq  turnirin qalibi adını qazanıb. Yarışın Final günü  FEİ (Beynəlxalq Atçılıq Federasiyası) Dünya çempionatına vəsiqə əldə etmək üçün də yarışan idmançımız yarışın qalibi olmaqla bu uğura bir addım da yaxınlaşıb. Qeyd edək ki, milli komandamızın kapitanı Camal Rəhimov bir müddət öncə Lionda keçirilən Dünya kuboku yarışlarında uğurla çıxış edərək, artıq Dünya çempionatına vəsiqəni təmin edib.


XƏBƏR LENTİ