"Rabitə"nin voleybolçusunun zədəsi ciddidir

Sayta qoyulub: 09:43 10.06.2014 (82 dəfə oxunub)

“Rabitə”nin toppaylayıcısı Katarjina Skorupa növbəti mövsümü boşa verə bilər. Əlindən əməliyyat olunan 30 yaşlı voleybolçunun zədəsi ciddidir.

 Ötən mövsümün pley-off matçlarında zədələnən Skorupanın bərpa prosesinə gələn ilin ilk aylarından başlayacağı gözlənilir. Polşalı həmkarlarımız bu səbəbdən də “Rabitə” ilə 2 illik müqaviləsi olan oyun qurucusunun 2014/2015 mövsümünü boşa verəcəyini iddia edirlər.

 Qeyd edək ki, Azərbaycan çempionu artıq Skorupaya layiqli əvəzləyici də tapıb. Tailandlı Nutsara Tomkoma yeni mövsümdə italiyalı Françeska Ferretti köməklik edəcək. 

XƏBƏR LENTİ