Dünya kubokunun qalibi İran oldu

Sayta qoyulub: 14:30 13.05.2012 (283 dəfə oxunub)

Bakıda keçirilən sərbəst güləş üzrə Dünya Kubokuna yekun vurulub. Meydan sahibi qismində döşək üzərinə çıxan Azərbaycan milli komandası “Sərhədçi” idman kompleksində keçirilən yarışın finalında İranla qarşılaşıb.

Öz qrupunda Rusiya, Qazaxıstan və Bolqarıstanı 7:0, Belarusu 6:1 məğlub edən yığmamız I yer uğrunda həlledici görüşdə məğlub olub. Matçın taleyi 6-cı dueldə müəyyənləşib. Qalib gələn İran yığması sonuncu qarşılaşmanın nəticəsindən asılı olmayaraq Dünya Kubokuna yiyələnib – 4:3.

Qeyd edək ki. III yer uğrunda matçda ABŞ yığması Rusiyanı 5:2 hesabı ilə məğlub edib.
 

XƏBƏR LENTİ