"Lokomotiv" daha 2 voleybolçunu yola saldı

Sayta qoyulub: 10:14 19.06.2014 (45 dəfə oxunub)

“Lokomotiv”dən ayrılacaq daha 2 voleybolçunun adına aydınlıq gəlib. Ötən mövsümü uğursuz başa vuran “dəmiryolçular” liberoları – Mariya Filipova və Suzana Sebiçlə vidalaşıblar.
Belə ki, komanda rəhbərliyi 2010-cu ildən “Lokomotiv”in şərəfini qoruyan bolqarıstanlı Filipova və ötən il kluba qoşulan serbiyalı Sebiçlə müqaviləni uzatmağı lazım bilməyiblər. Bakı təmsilçisi artıq onların mövqelərinə voleybolçu da transfer ediblər. Komandada yeni mövsümdə Oksana Kiselyova və Lisa Tomsen libero olacaqlar.
Qeyd edək ki, “Lokomotiv” bu 2 oyunçudan öncə Katarina Barun (Xorvatiya), Milena Radeçka (Polşa), Aleksandra Samoylova (Rusiya) və Tereza Matuşkova Rossi (Çexiya) ilə vidalaşmışdı.

XƏBƏR LENTİ