Kişi voleybolçularımız Yunanıstana məğlub oldu

Sayta qoyulub: 12:20 22.06.2014 (55 dəfə oxunub)

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında çıxışına davam edir. Komandamız yenə Yunanıstan yığmasının qonağı olub. Leonardo Tabares Silienin yetirmələri bu dəfə də rəqiblər bacarmayıblar və meydandan məğlub ayrılıblar. Lakin dünəndən fərqli olaraq voleybolçularımız 4 setlik oyunda xalsız qalıblar. 

Qeyd edək ki, millimiz növbəti görüşlərini gələn həftə Monteneqroda yerli komandaya qarşı keçirəcək. Qarşılaşmalar iyunun 28 və 29-da baş tutacaq. 

 

Avropa Liqası

21 iyun, Yunanıstan

A qrupu

   Yunanıstan - Azərbaycan 3:1 (25:17, 23:25, 25:20, 25:16)

 

XƏBƏR LENTİ