"Qarabağ" Maltaya Avstriyadan gedəcək

Sayta qoyulub: 12:58 23.06.2014 (135 dəfə oxunub)

"Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Valletta" ilə ilk oyuna birbaşa Avstriyadan yollanacaq. Ağdam klubu təlim-məşq toplanışında olduğu Avstriyadan Maltaya səfər etməklə vaxt itkisinə yol vermək istəmir. Qeyd edək ki, "Qarabağ"ın "Valletta" ilə ilk oyunu iyulun 15 və ya 16-da baş tutacaq. cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

XƏBƏR LENTİ