"Qəbələ" Avroliqada "Şiraki Briyeq"lə qarşılaşacaq

Sayta qoyulub: 13:19 23.06.2014 (477 dəfə oxunub)

Bu gün UEFA Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Avropanın 119 klubunun rəqibləri bilinib. Ölkəmizi Avroliqada təmsil edəcək "Qəbələ"nin də birinci təsnifat mərhələsindəki rəqibi bəllidi. Əyalət klubu püşkatma öncəsi səpələnməmişlər səbətində yer almışdı və potensial rəqibləri bunlar idi: Şaxtyor (Karaqandi, Qazaxıstan), Şiroki Briyeq (Bosniya və Herseqovina), Birkirkara (Malta), Vaduts (Lixtenşteyn), Çixura (Gürcüstan).

Püşkatma nəticəsində "Qəbələ" Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandası ilə düşüb. Təmsilçimiz ilk oyunu evdə, cavab görüşünü isə səfərdə keçirəcək.

Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab görüşləri isə ayın 10-da keçiriləcək.

XƏBƏR LENTİ