"Qarabağ"ın rəqibini tanıyaq

Sayta qoyulub: 13:36 23.06.2014 (1010 dəfə oxunub)

“Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi, Malta Çempionu “Valleta” barədə lazımı məlumatları təqdim edirik:

 

“Valetta” - Malta

Yarandığı il- 1904

Meydançası- “Ta Qali” stadionu,17.800 nəfərlik.

Prezidenti- Viktor Skiriha

Baş məşqçisi- Leonard Farrugia

Uğurları- 21 dəfə ölkə birinciliyi, 11 ölkə kuboku

 


25 nəfərlik heyətin 8-i Malta yığmasının əsas oyunçuları, 12-si isə legionerdi. Komandanın oyunçularının ümumi transfer qiymətləri 3.98 milyon avro dəyərində qiymətləndirilir. Komandanın ən bahalı oyunçusu ikili vətəndaşlıq daşıyan gürcü əsilli Nukri Revişvilidir. Onun qiyməti 750 min avro dəyərindədir. Komandanın kapitanı Malta millisinin oyunçusu 32 yaşlı yarımmüdafiəçi Roderik Briffadır.

XƏBƏR LENTİ