"Valletta"nın prezidenti iddialı danışdı

Sayta qoyulub: 13:41 23.06.2014 (744 dəfə oxunub)

Maltanın "Valletta" klubunun prezidenti Viktor Şirix UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan Azərbaycan çempionu "Qarabağ"la bağlı fikirlərini açıqlayıb:

"Bizə Bakıya uçmaq çətin olacaq. Bu, bizə xeyli çətinliklər yaradacaq. "Qarabağ" haqda heç nə bilmirəm. Ümumiyyətlə, heç nə. Amma fikrimcə, layiqli rəqibdi. Rəqibimizi keçə bilərik. Cütün favoriti yoxdu. "Qarabağ"ı isti qarşılayacağıq. Səs-küylü fanatlarımız var. Rəqibimizi görərik".

Azerisport.az

XƏBƏR LENTİ