İspaniya ilə oyundan sonra Hollandiyanın 6 futbolçusunun dopinq testi pozitiv çıxdı.

Sayta qoyulub: 20:19 23.06.2014 (7086 dəfə oxunub)

İspaniya ilə oyundan sonra Hollandiyanın 6 futbolçusunun dopinq testi  pozitiv çıxdı.

Hollandiyanın  İspaniya üzərindəki qalibiyəti Dünya çempionatında böyük sürpriz olarkən , ortaya atılan iddia vəziyyəti qarşdırdı.

Matçdan sonra Hollandiya Milli komandasının gələcəyini təhlükəyə atacaq bir hadisə yaşandı. 6 futbolçudan alınan doping nümunələrinin pozitiv çıxdığı məlum oldu  və FIFA-nın bu məsələdə bir qərar vernəkdən boyun qaçırdığı iddia edildi.

Bu qalmaqallı məsələdən sonra , FIFA-nın oyunçular üzərində dopinq  sorumlusu - həkim  Dr. Giorgio Bertolucci yaşananlara utandırıcı  olaraq münasibət bildirdi. Bertolucci - "Əldə edilən testlərdən sonra  Belçika-dan 1, Hollandiya-dan isə 6 futbolçunun testi pozitiv çıxdı. Bu oyunçularda fiziki vəziyyəti artıracaq dərmanlara  rast gəlinib. Lakin sadəcə olaraq futbolçulara pul cəzaları verildi və onlar diqqət altına alındılar.Belçika və Hollandiyanın 2 həkimini komandalarından xaric etdirdik" ifadələrini verib. Məsələylə bağlı geniş açıqlama verməkdən qaçan  Bertolucci, futbolçuların adlarını da söyləməyib.

ESPN kanalı  məsələylə bağlı İspaniya millisinin baş məşqçisi  Vicente del Bosquenin mnüasibətini öyrənib: "Bu iyrənc hekayə  haqqında söylənəcək söz tapa bilmirəm.  Steroidlərdən istifadə edə futbolçulara məğlub olmaq... Həyat həmişə ədalətli deyil, amma  FIFA bu qərarından utanmalıdır.  Bu durumu ört-basdır etmək üçün görəsən kimlər rüşvət verib"

 

 

XƏBƏR LENTİ