"Bakı" bütün legionerləri ilə vidalaşır

Sayta qoyulub: 10:23 24.06.2014 (296 dəfə oxunub)

“Bakı” ilə bağlı son vaxtlar ümidverici xəbərlər gəlsə də, durum əslində yenə eynidir. Komanda ilə bağlılığı olan bütün şəxslər artıq 5 aydır ki, maaş ala bilmirlər. Bizdə olan məlumata görə, klubun təkcə baza isə bağlı aidiyyatı olan şəxslərə ümumilikdə 2 milyon dollardan çox borcu var.

Vəziyyətin isə əvvəlki kimi olacağı gözlənilmir. Diqqətlərini daha fərqli məqamlara yönəldən sponsorlar “Bakı”nı sonrakı planlara atıblar.

Deyilənə görə, “Bakı” elitada çıxışını davam etdirəcək. Amma klubda yüksəködənişli futbolçu demək olar ki, qalmayacaq. Klub öz akademiyasının hesabına mübarizə aparacaq. Hətta klubun 1996, 97-ci il təvəllüdlü oyunçulara üstünlük verəcəyi söylənilir.

Klub yaxın günlərdə aparıcı futbolçuları Rauf Əliyev, Cavid Hüseynov, Əfran İsmayılov kimi oyunçuların gedişinə imkan daxilində şərait yaradacaq.

 

Qeyd edək ki, “Bakı” artıq bütün legionerləri ilə əməkdaşlığa son qoyub.

XƏBƏR LENTİ