Alba jurnalistə:"Gələn dəfə boğazını üzəcəyəm"

Sayta qoyulub: 12:21 24.06.2014 (2173 dəfə oxunub)

İspaniya yığmasının müdafiəçisi Jordi Alba Avstraliya ilə oyundan sonra (3:0)  AS qəzetinin müxbiri Xavyer Matalyanasa hədə-qorxu gəlib.

Matalyanasın yanından mikst zonda keçərkən Alba müxbirə : «Gələn dəfə boğazını üzəcəyəm, sənə xəbərdarlıq edirəm» -deyib.

Bundan sonra İspaniyaya eyni təyyarədə yollanarkən Albanın jurnalistə təzyiqi davam edib və Alba onu sözgəzdirən adlandırıb.

«Bilmirəm nə məsələdir. Alba haqda heç vaxt heç nə yazmamışam», – deyə Matalyanas Onda Cero-ya müsahibəsində bildirib.

 

Alba jurnalistə:"Gələn dəfə boğazını üzəcəyəm"

XƏBƏR LENTİ