Pissi Valensiyadan uzaqlaşdırılacaq

Sayta qoyulub: 12:25 24.06.2014 (288 dəfə oxunub)

Valensiyanın baş məşqçisi Xuan Antonio Pissi vəzifəsini tərk edəcək.

Klub prezidenti Amadeo Salvo bu barədə məşqçini xəbərdar edib. Bu qərar klubun yeni sahibi Piter Limə məxsusdur.Qeyd edək ki, Salvonun özü və idman direktoru Rufete məhz Pissinin baş məşqçi kimi qalmasını istəyirdilər.

Xuan Antonio Pissi 2013-ün dekabrında Miroslav Jukiçi əvəz etmişdi. Onunla  2015-ci ilə qədər müqavilə imzalanmışdı.

Məlumata əsasən komandanın baş məşqçi vəzifəsinə əsas namizəd son iki mövsümü Rio Avedə çalışan Nunu Eşpiritu Santu göstərilir.

 

Pissi Valensiyadan uzaqlaşdırılacaq

XƏBƏR LENTİ