4 qat olimpiya çempionu Bakıda səfərdədir

Sayta qoyulub: 14:32 24.06.2014 (146 dəfə oxunub)

4 qat olimpiya çempionu Bakıda səfərdədir

Dörd dəfə Olimpiya çempionu Maykl Conson iyun ayının 23-də Bakı Bulvarında Olimpiya Günü tədbirlərində iştirak etmək, gənc və qələbəyə iddialı azərbaycanlı idmançılarla görüşmək üçün bu həftə Bakıda olmuşdur. Bakı 2015-nin rəsmi tərəfdaşlarından biri olan BP şirkətinin səfiri, Cənab Conson Bakı2015 Avropa Oyunları Əməliyyat Komitəsinin  (BEGOC) əsas ofisində olmuş  və BEGOC-un işçi heyəti  və eləcə də, iki Olimpiyaçı ilə görüşmüşdür.

O, həmçinin, hazırda tikilməkdə olan Milli Stadiona baxmazdan öncə gələn ilin yayında keçiriləcək Avropa Oyunları zamanı 9000-dən çox idmançı və rəsmi şəxsləri özündə yerləşdirə biləcək yenicə inşa edilmiş Bakı2015 Atletlər Kəndinə də getmişdir.

Bakı2015-in Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq dedi: “Bakı2015-in baş ofisində dünyanın ən böyük Olimpiyaçılarını salamlamaq və onları ilk Avropa Oyunlarına hazırlıq işlərimizin  gedişatı ilə tanış etmək bizim üçün şərəfdir.

“Maykl dünya Oyunları barədə misilsiz biliyə malikdir, odur ki, burada, BEGOC-da bizim heyətimizlə öz təcrübəsi ilə bölüşmək və Azərbaycanın qələbəyə iddialı gələcək idmançılarına öz məsləhətlərini vermək üçün bu əla imkan idi.”

Cənab Conson dedi ki, “Bu həftə ərzində Bakıda olmaqdan, və Azərbaycanda idman üçün artan həvəsinə şahid olmaqdan zövq aldım.

“Oyunları qəbul etmək ilhamlandırır, mən bunu çox yaxşı başa düşürəm. Birinci Avropa Oyunları Azərbaycanlı idmançılara uğur əldə etməyə və tarixi yazmağa fantastic bir imkandır.”

Cənab Conson yüngül atletika tarixində ən böyük və ən sabit sprinterlərdən sayılır və hazırda 400metr məsafəyə qaçış üzrə Olimpiya və Dünya rekordlarının sahibidir. O, eyni zamanda, 1996-cı ildən 2008-ci ilədək 12 il ərzində 200 metr məsafə üzrə Olimpiya və Dünya rekordlarını qazanmışdır.

İyunun 23-də bütün dünya üzrə Olimpiya Günü qeyd edilir və bu gün müasir Olimpiya Oyunlarının yarandığı 1894-cü il tarixi ilə bağlıdır. Yüz minlərlə insan - həm gənc və həm də yaşlı - ənənəvi olaraq qaçış, sərgilər, musiqi və təhsillə bağlı tədbirlər kimi idman fəaliyyətlərində iştirak edirlər. Bu tədbir  Olimpiya ideallarının dünyanın hər bir yerində təbliğ olunmasına kömək etmişdir.

XƏBƏR LENTİ