"Rəvan" da hazırlığa başladı

Sayta qoyulub: 14:34 24.06.2014 (51 dəfə oxunub)

"Rəvan" da hazırlığa başladı

"Rəvan” 2014/2015 mövsümünün hazırlıqlarına start verib. 1-ci divizionda mübarizə aparacaq "aslanlar”ın təlim-məşq toplanışının ilk mərhələsi seleksiya xarakterli olacaq. Dünən "Bayıl Arena”da reallaşan ilk məşqdə 24 futbolçu iştirak edib ki, onlardan 9 nəfəri baxışa gələnlər olub. Məşqçilər korpusu seçimləri qarşıdakı günlərdə də davam etdirəcəklər.

Komandanın iyulun 5-də AZAL, 12-də isə "Sumqayıt”la yoxlama oyunu nəzərdə tutulub. Yeni futbolçularla bağlı məhz bu qarşılaşmalardan sonra qərar veriləcək.

XƏBƏR LENTİ