"Xəzər-Lənkəran" bolqarıstanlı futbolçu trasfer edir

Sayta qoyulub: 14:37 24.06.2014 (163 dəfə oxunub)

"Xəzər-Lənkəran" bolqarıstanlı futbolçu trasfer edir
Türkiyənin Əruzum şəhərində növbəti mövsümün hazırlıqlarını davam etdirən “Xəzər  Lənkəran” bolqarıstanlı futbolçu ilə güclənə bilər. Bu, 26 yaşlı yarımmüdafiəçi Qalin İvanovdur.
 
Bu gün komandanın düşərgəsinə gələcəyi gözlənilən İvanovla böyük ehtimalla müqavilə imzalanacaq.
İvanov peşəkar karyerasına “Levski”də (Sofiya) başlayıb. 2005/2006 mövsümündə bu klubda oynayan yarımmüdafiəçi cəmi bir dəfə meydan çıxıb. 2006-cı ildə “Beroe”yə keçib və burada meydana çıxdığı 25 oyunda 1 qol vurub.
1 il klubsuz qaldıqdan sonra 2008-ci ildə “Slaviya”ya (Sofiya) keçib. Bu komandanın heyətində 128 oyun keçirən yarımmüdafiəçi 25 dəfə rəqib qapılarına yol tapıb. O, 2011-ci ildən icarə əsasında Almaniya III liqa təmsilçisi “Arminiya”nın heyətində oynayıb. Burada 8 dəfə forma şansı geyinən Qalin 2012-ci ildə yenidən ölkəsinə qayıdıb və 2012-ci ildən icarə əsasında “Liteks”in şərəfini qoruyub.
Bu komanda ilə 22 dəfə meydana çıxan futbolçu 5 dəfə də fərqlənməyi bacarıb.  2014-cü ilin yayına qədər “Slaviya” ilə müqaviləsi olan bolqar yarımmüdafiəçinin hazırda azad agentdir.

 

XƏBƏR LENTİ