Voleybol klublarımız Çempionlar Liqasının 2-ci səbətində

Sayta qoyulub: 14:47 24.06.2014 (70 dəfə oxunub)

Qadın voleybolçular arasında Çempionlar Liqasının səbətləri açıqlanıb. Avropa Voleybol Konfederasiyası (CEV) avrokuboklarda son 2011-2013-cü illərin nəticəsinə əsasən ölkələri və klubları 4 yerə ayırıb.

Sıralamaya görə Azərbaycanı yarışda təmsil edəcək “Rabitə” və “Azəryol” II səbətdə yer alıb. Buna əsasən demək olar ki, Bakı klubları İtaliya təmsilçiləri ilə eyni qrupa düşə bilməyəcək.

Hər qrupun isə birinci komandasının Türkiyə və ya Rusiya təmsilçisi olacağı da dəqiqdir. Çünki reytinqinə əsasən bu ölkələrin klubları ilk səbətdə yer alıblar. Son 2 səbətdə isə nisbətən zəif komandalar yer alıblar.

 I səbət: “Vakıfbank”, “Fənərbaxça”, “Əczaçıbaşı” (hər üçü Türkiyə), “Dinamo” (Kazan), “Dinamo” (Moskva, hər ikisi Rusiya)

 

II səbət: “Omiçka” (Rusiya), “Pyaçentsa”, “Yamamay” (hər ikisi İtaliya), “Rabitə”, “Azəryol” (hər ikisi İtaliya)

 

III səbət: “Kann”, “Nant” (hər ikisi Fransa), “Ximik”, “İmpel” (hər ikisi Polşa), “Dresdner” (Almaniya)

 

IV səbət: “Volero” (İsveçrə), “Stiinta” (Rumıniya), “Agel” (Çexiya), “Salo” (Finlandiya), “Partizan” (Serbiya)

 

Qeyd edək ki, püşkatma mərasimi iyunun 27-də Avstriyanın paytaxtı Vyanada olacaq. 

XƏBƏR LENTİ