Moldova millisinin qapıçısı AZAL-da!

Sayta qoyulub: 14:51 24.06.2014 (162 dəfə oxunub)

 

Moldova millisinin qapıçısı AZAL-da!

Mövsüm başa çatdıqdan sonra qapıçılar Cahangir Həsənzadə və Elçin Sadıqovla yollarını ayıran AZAL klubu istədiyi qolkiperi gətirib. Söhbət Moldova millisinin qapıçısı Stanislav Namaşkodan gedir. Namaşko bu gün klubun düşərgəsinə qoşulub və ilk məşqinə çıxacaq. Onunla yaxın günlərdə münasibətlər rəsmiləşdiriləcək.

Qeyd edək ki, Stanislav Namaşko 10 noyabr 1986-cı ildə Moldovanın Tiraspol şəhərində anadan olub. O,"Tiraspol”, "Şerif” və 2014-cü ilin fevralından "Dinamo-Avto” klublarının şərəfini qoruyub. Namaşko Rusiyada "Kuban”, "Spartak” (Nalçik) və "Volqar” klublarında legioner həyatı da yaşayıb. Təcrübəli qolkiper 2007-ci ildən çıxış etdiyi Moldova millisinin əsas qapıçısı sayılır.

XƏBƏR LENTİ