Lebron Ceyms sərbəst statusu alır.

Sayta qoyulub: 21:37 24.06.2014 (204 dəfə oxunub)

Amerikanın idman  kanalı ESPN-in iddiasına görə LeBron James-in meneceri Rich Paul, Miami Heat-ə müştərisinin sözləşməsini ləğv edərək  sərbəst oyunçu statusu alacağını bildirdi.

Yeni mövsüm öncəsində "qorumasız sərbəst oyunçu" vəziyyətinə gələcək super ulduz , bununla da  diğər komandalarla da danışqılar apara biləcək.
 
James-in Miami-də də karyerasını davam etdirə biləcəyi söylənilir. Lakin son qərar gələn təkliflərə baxıldıqdan sonra veriləcək.

LeBron-un yenidən Miami ilə anlaşması halında 5 il üçün  maksimum 127.7 milyon dollarlıq bir müqavilə imzalaması mümkündür. Digər  NBA komandaları isə ulduz basketbolçuya  maksimum 97 milyon dollarlıq  müqavilə təklif edə bilərlər.

LeBron James, NBA-da  2013-14 mövsümün  27.1 xal, 6.9 ribaund və 6.3 asistlə tamamlayıb.

 

Lebron Ceyms sərbəst statusu alır.

XƏBƏR LENTİ