Kyellini: "Suares alçaqdır"

Sayta qoyulub: 21:43 24.06.2014 (1037 dəfə oxunub)

İtaliya yığmasının müdafiəçisi Corcio Kyellini komandalarının playoffa layiq olduğunu qeyd edib:

«Bu biabırçılıqdır. Nəticəni hakimlər müəyyənləşdirdilər. 

Markizionun qovulması və Suaresin cəzasız qalması nəticəyə təsir göstərdi. İlk hissədə də hakim epizodları fərqli şəkildə qiymətləndirirdi.

Tam heyətlə olanda oyuna nəzarət edirdik. Uruqvayın heç bir imkanı yox idi. Qırmızı vərəqədən sonra isə hər şey çətinləşdi.

Suares  əsl alçaqdır. Cəzadan da qaça bildi. Hakim dişləmənin yerini gördü , amma heç nə etmədi», – deyə Kyellini vurğulayıb.

 

Kyellini: "Suares alçaqdır"

XƏBƏR LENTİ