BBC "Qarabağ"ın düşərgəsində

Sayta qoyulub: 05:32 25.06.2014 (205 dəfə oxunub)

BBC "Qarabağ"ın düşərgəsində

Azərbaycan çempionu "Qarabağ" daim diqqət mərkəzindədi. Məxsus olduğu rayonun işğal olunması fonunda klubun illərdi "ayaqda qalması", uğurlar qazanması olduqca təəccüblü qarşılanır. Hazırda Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın bugünlərdə Böyük Britaniyadan qonağı vardı. BBC-nin əməkdaşı Stiv Menari Ağdam klubundan reportaj hazırlamaq üçün komandanın düşərgəsinə təşrif buyurub. Menari eyni zamanda dünyada futboldan bəhs edən ilk nəşr olan "World Soccer"lə də əməkdaşlıq edir. 1 milyondan çox məcburi köçkünü olan klubun 20 ildən çox hansı şərtlərlə yaşaması, strategiyasıyla maraqlanan Menari komanda üzvlərindən müsahibə alıb. Qarabağ probleminin "Qarabağ"la inteqrasiyasını araşdıran ingilis jurnalist xüsusilə klubun heyətində əcnəbilərlə danışıb, fikir mübadiləsi aparıb. 

XƏBƏR LENTİ