"Qarabağ" hücumçu axtarır

Sayta qoyulub: 05:52 25.06.2014 (376 dəfə oxunub)

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” klubu hazırda Avstriyada təlim-məşq toplanışındadır. İddalı klublarla üz-üzə gələn “Qarabağ” eyni zamanda, transfer çalışmalarına da vaxt ayırır. Buna qədər Danilo Dias, Tərlan Quliyev və Cavid Tağıyevlə anlaşan “Qarabağ” oyunlar qədər daha bir futbolçunun transferini həll etməyə çalışır. Qurban Qurbanov hücumçu axtarışındadır. Amma həmin hücumçuya əsas yox, alternativ gözü ilə baxılacaq.

İş ondadır ki, Qurban Qurbanov Diası sol cinah yarımmüdafiəçisi kimi oynadıb, Reynaldonu sırf hücumçu kimi döyüşə atacaq. Uzun marafonu nəzərə alan Qurbanov bombardiri əvəzləyəcək oyunçu axtarır.

XƏBƏR LENTİ