“Mançester Yunayted” Erreranı cümə günü təqdim edəcək

Sayta qoyulub: 11:02 25.06.2014 (311 dəfə oxunub)

Artıq cümə günü “Mançester Yunayted” yeni transferi Ander Errerani təqdim edəcək.

“Atletik” klubunun 24 yaşlı yarımmüdafiəçisi, bazar ertəsi Mançesterə gələrək tibbi baxışdan keçib və klubla 2019-cu ilə qədər müqavilə bağlayıb. Futbolçunun yeni klubunda ilinə 3 milyon avro məvacib alacağı da deyilir. “Mançester Yunayted” ispan klubuna isə futbolçunun transfer üçün 36 milyon avro ödəyib.

Errera klubdan ayrılacağını Bilbaoda telefonla bildirib. Yaxın günlərdə futbolçu komanda yoldaşlarını və azarkeşləri üçün vida video çarxı hazırlayacaq.

 

“Mançester Yunayted” Erreranı cümə günü təqdim edəcək

XƏBƏR LENTİ