Zinəddin Zidanın yeni iş yeri məlum oldu

Sayta qoyulub: 11:11 25.06.2014 (4129 dəfə oxunub)

Realın keçmiş yarımmüdafiəçisi Zinəddin Zidan "Kastilya"nın - klubun gənclər komandasının baş məşqçisi təyin edilib.

Bu barədə klubun rəsmi saytı məlumat verib. 1998-ci il "Qızıl top"un müəllifi 2010-cu ildən bəri Realın strukturunda çalışır. Son mövsümdə Zidan Ançelottinin yardımçısı idi.

Qeyd edək ki, Realın gənclər komandasında onun oğlu 19 yaşlı Enso Zidan oynayır.Müxtəlif yaş qruplarında isə : Luka (1998-ci il doğumlu), Тео (2002) və Elias (2005) oynayırlar.

Zinəddin Zidanın yeni iş yeri məlum oldu

XƏBƏR LENTİ