Atletiko Neqredo üçün 15 milyonluq təklif göndərdi

Sayta qoyulub: 12:56 25.06.2014 (206 dəfə oxunub)

«Atletiko» Mançester Siti ilə Alvaro Neqredo ilə bağlı danışıqlara başlayıb. 

Madridlilər 28 yaşlı forvarda görə 15 milyon avro təklif edirlər. Lakin şəhərlilər bu məbləğin çox aşağı olduğunu bildiriblər.

Neqredonun məvacibi 3 milyon avrodur. Bu sahədə Atletiko problem yaşamayacaq. Belə ki, Koşta və Vilyanın gedişindən sonra məvacib cədvəli xeyli yüngülləşib.

Neqredo İngiltərədə ilk mövsümündə 46 oyuna 23 qol vurmuşdu.

 

Atletiko Neqredo üçün 15 milyonluq təklif göndərdi

XƏBƏR LENTİ