"Liverpul"un futbolçusu "Malaqa"ya keçdi

Sayta qoyulub: 13:52 25.06.2014 (639 dəfə oxunub)

"Liverpul" yarımmüdafiəçisi Luis Alberto gələn mövsümü "Malaqa"da keçirəcək. İspaniya klubu gənc futbolçunun bir illik icarəsinə görə qarşı tərəfə 1 milyon funt ödəyəcək. Ötən mövsümün əvvəlində "Liverpul"a keçən Alberto əsas heyətdə yerini möhkəmləndirə bilməyib. O, İngiltərə çempionatında cəmi 9 oyunda meydana çıxıb. 

Yeri gəlmişkən, bu yay Kolo Ture də Mersisayd klubunu tərk edə bilər. Hazırda "Trabzonspor" onunla maraqlanır.

"Liverpul"un futbolçusu "Malaqa"ya keçdi

XƏBƏR LENTİ