Flavinyo "Neftçi"nin yeni kapitanıdır

Sayta qoyulub: 17:46 25.06.2014 (106 dəfə oxunub)

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə məşqçilər korpusunun və klubun idarə heyətinin toplantısı keçirilib. Toplantıda yeni mövsümdə “Neftçi”nin kapitanının kim olacağı müzakirə olunub. Müzakirələrdən sonra artıq 5-ci mövsümdür ki, "Neftçi"nin heyətində çıxış edən braziliyalı Flavio Aleks Valensio (Flavinyo) komandanın kapitanı seçilib.
Vitse-kapitanlar isə Mirhüseyn Seyidov və Elvin Yunuszadə olacaq.

XƏBƏR LENTİ