"Şiroki Briyeq" birbaşa Qəbələyə gəlmək istəyir

Sayta qoyulub: 17:49 25.06.2014 (172 dəfə oxunub)

Avropa Liqasında "Qəbələ"nin rəqibi olan Bosniya "Şiroki Briyeq"i böyük ehtimalla Bakıya gəlməyəcək. Komandamızın rəqibi birbaşa Qəbələyə gəlmək niyyətindədi.Bunun üçün də Bosniya klubunun başbilənləri çarter reysi tutmağı düşünürlər. Qəbələ şəhərində aeroportun olması bosniyalıları əlavə vaxt itkisinə yol verməməyə sövq edib. Qeyd edək ki, ilk oyun iyulun 3-də Qəbələdə keçiriləcək.

XƏBƏR LENTİ