"Neftçi" Ərəbistan klubuna qalib gəldi

Sayta qoyulub: 17:51 25.06.2014 (228 dəfə oxunub)

Türkiyənin Bolu şəhərində hazırlıqlarını davam etdirən “Neftçi” bu gün üçüncü yoxlama oyununu keçirib. Böyükağa Hacıyevin komandası  Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” klubu ilə qarşılaşıb. Görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, buna qədər təlim-məşq toplanışı çərçivəsində Gürcüstanın “Çixura” klubu ilə iki yoxlama oyunu keçirən “Neftçi”  ilk görüşdə 2:3 hesabı ilə uduzub,  ikinci qarşılaşmada isə 1:1 hesablı  heç-heçəyə razılaşıb.

XƏBƏR LENTİ