Mundialda 3-cü baş məşqçi istefası

Sayta qoyulub: 22:15 25.06.2014 (1254 dəfə oxunub)

İran yığmasının baş məşqçisi Karluş Keyruş postunu tərk etdiyini bildirib. İran yığması Bosniya futbolçularına 1-3 hesabı ilə məğlub olaraq qrupu son pillədə tamamlayıblar.

«Mən bu layihəyə öz sədaqətimi nümayiş etdirdim. Lakin 11 ay ərzində müqavilənin uzadılması ilə bağlı təklif görmədim.İran yığmasını çalışdırmaq mənim üçün böyük şərəf idi. Mən bu ölkəyə , insanlarına və futboluna aşiq oldum.Bu işi mənə görməkdə yardım edənlərə təşəkkürümü bildirmək istəyirəm. İran azarkeşləri həmişəlik ürəyimdə qalacaqlar.

Qarşıdakı təkiflərə baxacağam», – deyə Keyruş bildirib.

Xatırladaq ki, Kot d`İvuarı çalışdıran Sabri Lyamuşi və İtaliyanın baş məşqçisi Çezare Prandelli də dünən istefa vermişdilər.

 

Mundialda 3-cü baş məşqçi istefası

XƏBƏR LENTİ