"İnter" "Spartak"a məğlub olub

Sayta qoyulub: 11:24 26.06.2014 (114 dəfə oxunub)

"İnter"in Avstriyanın Lutzmannsburq qəsəbəsindəki təlim-məşq toplanışı davam edir. "Bankirlər" ötən gecə hazırlıq prosesi çərçivəsində növbəti matçına çıxıb.

Paytaxt klubu bu dəfə Slovakiya "Spartak"ı (Trnava) ilə qarşılaşıb. "İnter"in yoxlama oyunlarda üçüncü rəqibi ötən mövsümü 3-cü pillədə başa vurub və Avropa Liqasına vəsiqə əldə edib. Bakılılar bu komanda ilə görüşdən məğlub ayrılıblar.

Xatırladaq ki, "İnter" ilk yoxlama matçında yerli "Buxşaxen"ə 5:0, ardından digər Avstriya klubu "Şturm"a (Qrats) 3:2 hesabıyla qalib gəlmişdi.

 

XƏBƏR LENTİ