"Qəbələ" Norveç çempionatından oyunçu gətirir

Sayta qoyulub: 11:27 26.06.2014 (146 dəfə oxunub)

"Qəbələ" Norveç çempionatında çıxış edən futbolçu ilə güclənə bilər. Ölkəmizi Avropa Liqasında təmsil edəcək bölgə klubu Amin Askar ilə danışıq aparır.

"Brann"da çıxış edən bu futbolçu vingerdi. "Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu bu futbolçunu sərəncamında görmək istəyir.

Qeyd edək ki, Somalidən olan Askarın 29 yaşı var. O, "Brann"dan öncə Norveçin "Moss" və "Fredrikstad" klublarında da çıxış edib.

XƏBƏR LENTİ