"Neftçi" aparıcı müdafiəçisini itirdi

Sayta qoyulub: 11:30 26.06.2014 (263 dəfə oxunub)

Azərbaycan kubokunun qalibi "Neftçi" Avropa Liqası öncəsi ciddi itki ilə üzləşib. Komandanın müdafiəçisi Denis Silva zədələnib. O, Gürcüstanın "Çixura" klubu ilə yoxlama matçında sıradan çıxıb. Həkim müayinəsindən sonra braziliyalı futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib.

Qeyd edək ki, Silva böyük ehtimalla iyulun 17-də keçiriləcək ilk Avroliqa matçına kimi sıraya dönə bilməyəcək.

XƏBƏR LENTİ