Del Boske postunu tərk etməyəcək

Sayta qoyulub: 12:36 26.06.2014 (139 dəfə oxunub)

İspaniya yığmasının baş məşqçisi Visente Del Boske dünya çempionatındakı uğursuzluğa baxmayaraq öz postunu tərk etməyəcək.

63 yaşlı mütəxəssisin müqaviləsi 2016-cı ilə qədər nəzərdə tutulub və o bu sözləşmənin sonuna qədər fəaliyyətini davam etdirəcək.

2016-cı ildəki Avropa çempionatına qədər baş məşqçi heyəti gəncləşdirməyə cəhd göstərəcək.Artıq veteran futbolçular Vilya , Xavi və Xabi Alonso millidə karyeralarını başa vurduqlarını elan ediblər.

 

XƏBƏR LENTİ