FİFA Suareslə bağlı qərarını açıqladı: "Liverpul" və Uruqvay şokda!

Sayta qoyulub: 16:20 26.06.2014 (769 dəfə oxunub)

FİFA Suareslə bağlı qərarını açıqladı: "Liverpul" və Uruqvay şokda!

FİFA-nın Nizam-İntizam Komitəsi Uruqvay yığmasının hücumçusu Luis Suareslə bağlı qərarını açıqlayıb. Qurumun rəsmi saytının yaydığı məlumata görə, İtaliya ilə matçda rəqib müdafiəçi Corco Kyellininin çiynindən dişləyən Suares 9 oyunluğa milli komandaların görüşlərindən diskvalifikasiya edilib. Bundan başqa, o, 4 aylığa futboldan kənarlaşdırılıb. "Liverpul"un hücumçusuna həmçinin 100 min İsveçrə frankı dəyərində cərimə də kəsilib. Cəza müddətində Suares rəsmi oyunlar zamanı futbol meydanlarına da gedə bilməz. Beləliklə, uruqvaylı forvard bu mundialda yığma komandasına və İngiltərə çempionatının əvvəlində "Liverpul"a kömək edə bilməyəcək.

 

FİFA Suareslə bağlı qərarını açıqladı: "Liverpul" və Uruqvay şokda!

 

XƏBƏR LENTİ