"Neftçi" Avstriyaya gedir

Sayta qoyulub: 21:37 28.06.2014 (262 dəfə oxunub)

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi” klubu Türkiyə toplanışını başa vuraraq, vətənə qayıdıb. 3 gün istirahət edəcək komanda daha sonra toplanışın əsas mərhələsi üçün Avstriyaya yollanacaq.

Komandamız burada 4 yoxlama oyunu keçirməyi düşünür ki, bunlardan artıq 3 oyunda rəqiblər məlumdur. “Neftçi” Almaniyanın 3-cü liqa klubu Drezden “Dinamo”su ilə 2 dəfə üz-üzə gələcək. Toplanışda 3-cü oyun Rumıniyanın yüksək liqa klubu “Botoşan”a qarşı keçiriləcək. 4-cü oyun iyulun 9-da gerçəkləşəcək ki, hazırda rəqibin dəqiqləşdirilməsi işi gedir. Bu barədə baş məşqçisi Böyükağa Hacıyev məlumat verib.

 

Əlavə edək ki, “Neftçi” Avropa Liqasının ikinci mərhələsində “Koper” – “Çelik” cütünün qalibi ilə üz-üzə gələcək.

XƏBƏR LENTİ