Güləşçilərimiz Almaniyada 3 qızıl medal qazandı

Sayta qoyulub: 19:00 29.06.2014 (124 dəfə oxunub)

 

Güləşçilərimiz Almaniyada 3 qızıl medal qazandı

Almaniyanın Dortmund şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçirilir. Turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri iştirak edir. Yığma komandanın baş məşqçisi Semyon Çterevin rəhbərliyi altında turnirə 4 güləşçimiz yollanıb. Turnirin ilk günündə güləşçilərimiz 3 qızıl medal qazanıb.

65 kq-da mübarizə aparan Hacı Əliyev macar İstvan Nemeth (12:2), rumın Georg Bucur (10:0) və serb İbro Cakovic (2:1) üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda ötən ilin dünya çempionu erməni David Safaryanla görüşü 7:2 qələbə ilə başa vuran Hacı Əliyev Almaniya Qran Prisinin qızıl medalına sahib olub.

74 kq-da təmsilçimiz Cəbrayıl Həsənov fransız Xavier Befort (11:0) və Luca Lampis (6:0) üzərində inamlı qələbə qazanıb və finala yüksəlib. Finalda yerli güləşçi Georg Harta heç bir şans verməyən Cəbrayıl 13:0 hesablı qələbə ilə turnirin baş mükafatını qazanıb.

86 kq çəki dərəcəsində mübarizə aparan Həmzət Osmanov Fransa təmsilçisi Ahmed Aybuevi (10:0) üstələdikdən sonra ardıcıl alman Mixail Kaufmehli (5:0) və Gabriel Seregelyini (4:1) məğlub edib və finala yüksəlib. Finalda güləşçimizin rəqibi Polşa təmsilçisi Zbignev Baranovski olub. 6:2 hesablı qələbə qazanan Həmzət Osmanov turnirin qızıl medalına sahib olub.

Turnirin ikinci günündə 70 kq çəki dərəcəsində güləşçimiz Əhmədnəbi Qvarzatilov mübarizə aparacaq. Onun ilk rəqibi Avstriya güləşçisi olacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edir.

XƏBƏR LENTİ