Böyükağa Hacıyev: ABŞ-ın uğuru Foqtsla yox, Klinsmanla bağlıdı

Sayta qoyulub: 21:41 29.06.2014 (179 dəfə oxunub)

 

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan millisinin almaniyalı çalışdırıcısı Berti Foqtsun DÇ-2014-də çıxış edən ABŞ yığmasında həmyerlisi Yurgen Klinsmanın məsləhətçisi kimi çalışmasına münasibət bildirib. 

"Çoxları elə hesab edir ki, Berti Foqts öz məsləhətləri ilə ABŞ yığmasına çox böyük kömək göstərir. Mən elə düşünmürəm. ABŞ yığmasına Yurgen Klinsman başçılıq edir. Onun kifayət qədər təcrübəsi var. Baş məşqçi başqa şeydi, məshələtçi başqa. Əgər Foqts elə ağıllı məsləhətlər verən mütəxəssisdisə, onda qoy ilk işi Azərbaycanyığmasına kömək etmək olsun".

 

 

Azerisport.az 

XƏBƏR LENTİ