Lineker:"Van Qaala halal olsun. Heç kimi Van Persini Xuntelarla əvəz etməzdi"

Sayta qoyulub: 21:47 29.06.2014 (427 dəfə oxunub)

İngiltərə yığmasının keçmiş futbolçusu Harri Lineker 1/8 finalda Hollandiya-Meksika oyununa münasibət bildirib:

«Van Qaal dahidir. Kim Van Persini Huntelaarla əvəz edərdi? Bu futbolçular hücumun mərkəzində tamamilə fərqlidirlər. Vanm Qaal da sonda doğru addım atdı. Van Persi güclü futbolçudu. Lakin cərimə meydançasında Huntelaar kimi futbolçulara ehtiyac var.

Daha bir maraqlı oyun izlədik. Bu dünya çempionatı bizi riqqətə gətirir. Futbolu sevməyən insanlara yazığım gəlir», – deyə Lineker öz tvitterində qeyd edib.

Xatırladaq ki, hesabda geri olan hollandlar Van Persinin əvəz edilməsindən sonra 2 qol vura biliblər. Huntelaar bir məhsuldar ötürmə və bir qolla yadda qalıb.

 

Lineker:"Van Qaala halal olsun. Heç kimi Van Persini Xuntelarla əvəz etməzdi"

 

XƏBƏR LENTİ